Sumqayıtda “İnzibati icraat haqqında” qanunun tətbiqi barədə seminar keçirilib – FOTO

1445

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində Sumqayıt şəhərində “İnzibati icraat haqqında” Qanunun tətbiqi barədə dövlət qulluqçuları üçün seminar keçirib. GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı layihəsinin rəhbəri Tomas Mayer Xeberle.com-a bildirib ki, bu mövzu üzrə təlimlər “İnzibati icraat haqqında” qanun qüvvəyə minməmişdən öncə 2005-ci ildən keçirilir. Demək olar ki, ölkənin bütün regionlarını əhatə etməyə çalşmışıq və bundan sonra da daha 2 il müddətində davam etdirilməsi nəzərdə tutulur. Seminarın məruzəçisi Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov isə söyləyib ki, bu bu mövzuda daim jurnalistlər üçün seminar və təlimlər keçirilir. Seminarların formatı müxtəlif cür olur.

Bəzilərində jurnalistlər iştirakçı, bəzilərində isə dinləyici kimi iştirak edirlər. Bununla yanaşı Azərbaycanda inzibati hüquq sahəsində həyata keçirilən islahatlarbarədə yazı müsabiqəsi də keçirmişik. Bugünkü mövzu ilə də bağlı əsas məqsədimiz qanunun tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirmək, idarəçiliyin səmərəliliyini artırmaq, eyni zamanda vətəndaşların idarəçilik fəaliyyətinin həyata keçirilməsi zamanı hüquq və azadlıqlarının daha dolğun şəkildə təmin olunmasını təşkil etməkdən ibarətdir. Bu qanun ümumiyyətlə bu sahədə həyata keçirilən islahatlar, dövlət vətəndaş münasibətlərində vətəndaşların hüquqi mövqeyini möhkəmləndirməkdən ibarətdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər