Bu gün İREX təşkilatının Sumqayıt İcma Məlumat mərkəzində “İslamda qadın hüquq və azadlıqları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ekspert qismində Binəqədi Rayon Dini Icmasının sədri Mirpaşa Bayramov iştirak edib. Dəyirmi masada, islamda qadın hüquqları, nigah məsələləri, əmlak bölgüsü, qadınların dövlət idarəçiliyində iştirakçılığı, ailədə qadının rolu və digər mövzular müzakirə olunub. Tətdbir iştirakçılarının İslam dini ilə bağlı sualları Mirpaşa Bayramov tərəfindən cavablandırılıb.