“Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verib.
Qol.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis bu qərarını “Zirə”yə evdə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 28-ci tur matçından sonra mətbuat konfransında açıqlayıb.
O bildirib ki, bu, komandada sonuncu oyunu olub:
“Belə şərtlərlə işləyə bilmərəm. Çünki “Sumqayıt” sanki reabilitasiya mərkəzidir”.
Xatırladaq ki, bu məğlubiyyətdən sonra “Sumqayıt” Premyer Liqanı 5-ci yerdə başa vurub və Avroliqaya vəsiqə qazana bilməyib.