Sumqayıtda istehsal olunan şampun fırıldağının üstü açıldı

2034

Şirkət qab şampununu saç şampunu adıyla məşhur otellərə satırmış

“Sumqayıt şəhərində yerləşən “RJ-Xmikal” MMC maye sabun, qabyuyan şampun və saç üçün şampun istehsal edir, bu şampunları Bakıda yerləşən “Asena” MMC 200, 100 litrlik qablarda alır, beş litrlik qablara doldurur, üstünə “Jiznenaya sila” etiketləri vuraraq, Azərbaycanın məşhur otellərinə satır”. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinin aparıcı məsləhətçisi Aftandil Muradxanov söyləyib. O bildirib ki, “Jiznenaya sila” etiketli malları Rusiyanın “Terem” ASC şirkəti istehsal edir: “Əvvəllər “Asena” MMC-nin “Terem” şirkəti ilə müqaviləsi olub, bu mallar gətirilib. Ancaq indi Rusiya şirkətindən bu malları almır, “RJ-Xmikal”-ın məhsullarını bu etiketlə satır. “Asena” otellərə maye sabunlar, duş gelləri satıb. Bunların da tərkibi məlum deyil. Bu məhsullar laborator analizə verilib. Analizin nəticələrindən asılı olaraq hüquq-mühafizə orqanlarına da müraciət edilə bilər”.  Emin, “üç nöqtə”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər