Sumqayıtda jurnalist ölümdən döndü: “Nə qədər ki, həyatdasınız yaşamağın dadını çıxarın” – FOTO

1171

“Bir neçə gündür ki, “Facebook” ilə ünsiyyətim yoxdur. Yeniliklərlə maraqlana, paylaşımlara münasibət göstərə bilməmişəm. Buna görə də dostların narahatlığını təbii sayıram.”

Bütün bunları nəzərə alıb qərara gəldim ki, səbəbini müəyyən detallarla da olsa dostlara çatdırım”.

Bu sözləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, «Azərikimya» İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Rafiq Oday özünün sosial şəbəkədəki hesabında paylaşıb. Əməkdar jurnalistin bir neçə gündür ki, sosial şəbəkədə olmaması onun dostlarını təlaşlandırıb. R.Oday bunun səbəbini belə izah edib:

“3 gün bundan öncə hamamda yuyunarkən dəm qazı və yuxarı təzyiq səbəbindən həyatla, dünya ilə bütün əlaqələrim kəsildi və kliniki ölüm keçirdim. Təxminən bir neçə saat yaşadığımız dünya ilə heç bir bağlantım olmadı. Bir neçə saatdan sonra Allah-təala məni bağışladı və Sumqayıt şəhər Təcili tibbi yardın stansiyasının tibb personalının əli ilə məni yenidən həyata qaytardı. Sonra da bütün gecə Təcili tibbi yardım xəstəxanasının terapiya şöbəsində (3-cü mərtəbə) vəziyyətdən tam çıxarılma prosesi davam etdirildi. İndi yaxşıyam. Bir onu bilirəm ki, dünyaya yenidən doğulmuşam, yəni Allah-təala mənə yenidən həyat bəxş edib. Savablarımın üstünə daha çox savab gətirmək üçünmü, günahlarımı yumaq üçünmü bilmirəm. Amma onu bilirəm ki, ötənlərə nəzər salmaq, olub-keçənlərdən nətiçə çıxarmaq üçün bu bir şansdır verilib mənə.

Bir də fürsətdən istifadə edib, bir fikrimi çatdırmaq istəyirəm: nə qədər ki, həyatdasınız yaşamağın dadını çıxarın, səmimi olun, kin-küdrətdan, yalandan, riyadan, saxtakarlıqdan uzaq olun. Dostları, yaxınları, əzizləri sevin, yaxşılıq edin. Onlara hörmət və sayğı göstərin. Mala, pula, vara, dövlətə həris olmayın. Çünki son məqamda bunların heç biri köməyə çatmır.

Nəticə: yaşamaqdan, yaxşı insan olmaqdan və yaxşılıq etməkdən gözəl heç nə yoxdur həyatda.

Hər birinizə sağlam can və yaxşı insan olmağı arzu edırəm. Dərin hörmət və sevgilərlə, dünyaya yenidən gəlişinin hələ bir həftəsi tamam olmamış dostunuz Rafiq Oday”.

Biz də xeberle.com ailəsi adından Rafiq Odaya Allahdan can sağlığı və uzun ömür diləyirik. Xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər