Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının (TKQ) və “Şimal-Şərq Regional Filialı”nın müdiri Nəriman Salmanov vəzifəsindən azad edilib.
Onun yerinə Nazim Əliyev təyin olunub.
O, bu təyinata qədər nazirliyə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelekom”) 1 saylı rabitə xidmətləri mərkəzinin rəisi işləyib.