Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində kazino aşkarlanıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə şəhər ərazisində yerləşən “Klub-555”-də, oranın icarədarı şəhər sakini Rövşən Behbudovun kazino-qumarxana təşkil etməsi müəyyən edilib.
Klubdan 13 ədəd kompüter dəsti, uduşa qoyulmuş pul və digər əşyalar götürülüb.
Araşdırmalar davam etdirilir.