Sumqayıtda kinoteatrın tikintisi davam edir - ZAKİR FƏRƏCOV GÖRÜLƏN İŞLƏRLƏ TANIŞ OLUB

3057

Sumqayıtda kinoteatrın tikintisi  davam edir. 

Şəhərin 2-ci mikrorayonu ərazisində kinoteatrın inşasına başlanılıb. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir.

Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kinoteatrın tikintisi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı.

6 iyul 2016-cı il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən Nizami kinoteatrındakı vəziyyətlə tanış olarkən narahatlığını ifadə etmiş və “Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olmasının vacibliyini” vurğulamışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər