Sumqayıtda kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

612

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Musa həyat yoldaşı Pəriyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Pəri onun həyat yoldaşıdır, onlar 2015-ci ildə ailə həyatı qurublar və bu nigahdan iki uşağı olub: “Hadisə günü Pəri və 2 azyaşlı uşaqlarım ilə birlikdə idarə etdiyim “VAZ 2107” markalı avtomobillə Sumqayıt şəhəri, Corat bağlarında yaşayan bacanağımgilə qonaq getdik. Daha sonra burada olan masa arxasında baldızım ilə onun həyat yoldaşı arasında mübahisə yarandı. Sonra həmin mübahisədən əsəbiləşərək öz ailəmi götürdüm və idarə etdiyi avtomaşına əyləşərək yaşadığımız ünvana yola çıxdıq. Bundan sonra yolda olan zaman Pəri ilə aramızda danışan zaman bacısının tərəfini saxladı. Mən Pəriyə irad bildirdim. Bununla bağlı aramızda mübahisə yarandı. Mübahisə zamanı Pərini söydüm. Bu zaman Pəri mənə cavab qaytardı. Belə olan halda əsəbiləşərək arxa otuaracaqda əyləşmiş Pəriyə bir dəfə yumruqla zərbə vurdum. Həmin zərbə Pərinin burnuna dəydi və onun burnundan qan açıldı. Sonra yaşadığım evin qarşısında avtomaşını saxladım, evə getdik”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Musanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.  Demokrat.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər