Yarmarka “Azərkimya” İB və “Əli və Nino” kitab mağazalar şəbəkəsi tərəfindən təşkil olunacaq.
Yarmarkada Azərbaycan, ingilis, türk və rus dillərində nəşr edilən yeni kitablar nümayiş olunacaq
Şəhərimizdə dekabrın 4-də saat 10:00-da “Kimyaçı” Mədəniyyat Sarayında kitab bayramı keçiriləcək. Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin məlumatına görə, bayramda kitabsevərlər üçün satış yarmarkası təşkil olunacaq. Burada Azərbaycan dilində çap olunmuş kitablardan əlavə, ingilis, türk və rus dillərində nəşr edilən yeni kitablarla tanış olmaq imkanı yaranacaq. Yarmarkada bəzi yazarlar da iştirak edəcək və kitabları haqqında məlumatlar verəcək.


Müzakirə qapadılmışdır.