Sumqayıtda köhnə işıq borcu problemini necə həll etmək olar?

964
Day.Az saytının redaksiyasına Yelena Məmmədova adlı oxucu tərəfindən məktub göndərilib . Məktubda elektrik istifadəsinə görə ödənilən pulla bağlı yaranan problemə toxunulub.
“Mənim bacım Sumqayıtda yaşayır. O, Sumqayıt Elektrik Şəbəkəsindən işıq pulu borcunun olmaması ilə bağlı arayış götürmək istəyib, lakin ona deyiblər ki, 2001-ci ildən 89 manat, 39 qəpik borcu qalıb. Arayış yalnız həmin borc ödənildikdən sonra həyata keçirilə bilər. Bu 11 ilin borcudur Əgər belə bir borc olsaydı, işığı çoxdan kəsərdilər. Çünki həmin dövr üçün bu, çox böyük məbləğ idi. Mən bildiyim qədər üç il ərzində borc tələb olunmursa, o silinir. Bundan başqa, biz hər ay işıq pulunu ödəyirik, borcumuz yoxdur. Nəyə görə başqasının borcunu bizə yazıb həmin borcun qapadılmasını istəyirlər?” – məktubda qeyd olunub.Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı “Azərenerji” ASC-nin mətbuat katibi Ələkbər Baxşəliyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, heç kimə başqasının borcu yazılmır.

“Elə abonentlər var ki, borcları var, lakin bunu etiraf etmirlər. Borc bağlanmayana qədər arayış verilməyəcək. Əgər onun borcu varsa, necə borc olmamağı barədə arayış verilə bilər ki? Qoy həmin vətəndaş rəsmi şəkildə “Azərenerji” ASC-yə müraciət etsin, biz müvafiq araşdırma aparacağıq”, – o qeyd edib.   Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər