Sumqayıt Gənclər evində könüllülük müsahibəsi keçirilib. Müsahibədə iştirak etmək üçün müraciət etmiş gəncləri Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclər sahəsi üzrə sektor müdiri Ceyhun Hüseynov, Sumqayıt Gənclər evinin direktoru Pəri Vəliyeva və könüllülər üzrə məsul işçi Lamiyə Ağayeva tərəfindən müsahibə götürülüb.
Müsahibədə 40-a yaxın gənc iştirak etmişdir. Müsahibədən uğurla keçmiş gənclər Sumqayıt Gənclər evinin könülllüəri sırasına daxil edilmişdir. Seçilmiş gənclər 3 ay müddətində Sumqayıt Gənclər evində təşkilatı işlər üzrə fəaliyyət göstərəcəklər.