Sumqayıtda kross yarışı təşkil edilib

467
“Azərikimya” İB tərəfindən təşkil olunan kross yarışının qalibləri mükafatlandırılıb
6 may 2023-cü il tarixində SOCAR “Azərikimya” İstehsalat Birliyinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması münasibətilə Sumqayıt şəhərində yerləşən idarə, müəssisə və təşkilatların əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə Bulvar ərazisində keçirilən kross yarışının qaliblərinə mükafatların təqdimetmə mərasimi keçirilmişdir.
Təqdimat mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, “Etilen-polietilen” zavodunun direktoru Oqtay Niftəliyev və “Azərikimya” İB Həmkarlar İttifaqı Komitəsinin sədri Aydın Xəlilov çıxış edərək Ulu öndər Heydər Əliyevin nəsillərə örnək ömür yolundan bəhs etmiş, Azərbaycan dövləti və dövlətçiliyi üçün gördüyü işləri, göstərdiyi misilsiz xidmətləri dilə gətirmişlər. Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasiminə başlanılmışdır.
Qeyd edək ki, böyük ruh yüksəkliyi ilə keçən və təxminən 200 nəfərin iştirak etdiyi idman yarışında kişilər arasında yüksək əzmkarlıq nümayiş etdirən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin əməkdaşı Şahin Səfixanov finişə birinci çatmışdır. “SOCAR-Polymer” MMC-nin işçisi Samir Cavadov və Sumqayıt Dövlət Universitetinin tələbəsi İsmət Əzimzadə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşmüşlər.
Qadınlar arasında isə YAP Sumqayıt şəhər təşkilatının nümayəndəsi Tünzalə Süleymanova turnirin birincisi olmuş, Sumqayıt Dövlət Universitetinin tələbələri Zeynəb Quliyeva və Nəzrin Həsənova isə ikinci və üçüncü yerlərlə kifayətlənməli olmuşlar.
Qaliblərə “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom, pul mükafatı və medallar təqdim olunmuşdur.
Turnirin qalibləri ilə bərabər kişilər arasında 4, 5 və 6-cı yerin sahibləri – Mirnuh Tağılı (SDU), Taleh Babayev (SDU-nun nəzdində texniki kollec), Ağasif Məlikov (SDU), qadınlar arasında isə Fatimə Mahmudlu (SDU), Leyla Namazova (YAP Sumqayıt şəhər təşkilatı) və Sevinc Şəfiyeva (“Azərikimya” İB) diplomla təltif olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər