Yaralıların vəziyyəti ağır olduğundan onları dindirmək mümkün deyil…
Sumqayıt şəhərində kütləvi dava olub. Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dava zamanı Saray qəsəbə sakinləri Baba Məcidov və Rüfət Pərvanıyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Hər iki şəxsin vəziyyətləri ağır olduğundan onların ifadəsini almaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az