Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, şəhərin 21-ci məhəlləsi ərazisində bir qrup gənc arasında kütləvi dava olub.
Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.