Sumqayıt İcma Məlumat Mərkəzinin təşəbbüsü ilə IREX – Azərbaycan Yeni Media layihəsi çərçivəsində “Məktəb şagirdlərinin tədqiqat layihəsi” həyata keçirilir. Tədbir Sumqayıt şəhər Təhsil şöbəsinin akt zalında baş tutdu. İştirakçılar sırasında Sumqayıtda fəaliyyət göstərən bütün məktəblərdən dəvət olunmuş nümayəndələr, müəllimlər və məktəbin idarə heyətinin üzvləri olmuşdur. Tədbir iştirakçılarına “Məktəb şagirdlərinin tədqiqat layihəsi” təqdim olunmuşdur. Layihə şagirdlərdə kompüterdən, xüsusən də internetdən istifadə bacarıqlarının inkişaf etdirilməsini nəzərdə tutur.