Sumqayıtda mağaza qarət edilib.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 9-da şəhər ərazisindəki mağazaların birindən içərisində 1490 manat pul olan seyfi, yaddaş qurğusunu və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Bağırov və E.Nəzərov saxlanılıblar.