Sumqayıtda “Mədəniyyət beşiyi Şuşa” adlı sərgi təşkil edilib – FOTOLAR

997
Mayın 31-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” mədəniyyət evi 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Mədəniyyət beşiyi Şuşa” adlı sərgi təşkil edib. Sərgidə “Dostluq” mədəniyyət evində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin rəsm əsərləri və Milli musiqi alətləri ustası Habil Salmanovun əl işləri nümayiş olunub.
Bədii hissədə xormeyst İlahə Hüseynovanın rəhbərlik etdiyi xor kollektivi “Azərbaycan sənsən mənim” və Vüqar Cəfərovun rəhbərlik etdiyi “Şahinlər” rəqs qrupunun ifasında “Azərbaycan suitası” ifa olunub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, “Şəhid analarına dəstək” ictimai birliyin sədri Ceyran Həsənova və Şairə Ofeliya Babayeva çıxış edərək, yaradıcı gənclərə uğurlar arzulayıblar. Tədbirin sonunda Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi tərəfindən rəsm dərnəyinin rəhbəri Fərqanə Musazadəyə və üzvlərinə fəxri fərmanlar təqdim olunub.

Sumqayıtda “Mədəniyyət beşiyi Şuşa” adlı sərgi təşkil edilib - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər