Sumqayıtda mədəniyyət sahəsinə xüsusi diqqət yetirilir - VİDEO REPORTAJ

4327

Bölgələrdə müasir üslubda inşa edilən uşaq musiqi məktəbləri uşaqlarda musiqiyə, incəsənətə, rəssamlığa marağı artırıb və onlarla istedadlı gəncin yetişməsinə təkan vermişdir. Yeni nəslin musiqi zövqünün formalaşmasında onlara peşəkər təhslinin verilməsi istiqamətində Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin də böyük rolu var.

Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət  Məktəbi  1976-cı ildən Uşaq Musiqi Məktəbi kimi fəaliyyətə başlayıb.1992-ci ildən məktəbə dahi bəstəkar Səid Rüstəmovun adı verilib.1995-ci ildən Uşaq İncəsənət məktəbi kimi fəaliyyət göstərir.2016-cı il sentyabr ayında Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün tikilən  yeni inzibati bina ölkə prezidentinin iştirakı ilə istifadəyə verilib.Bundan sonra uğurlar artmağa başlayıb.Ötən il isə məktəbin uğurları daha çox olub. 2018-ci ilin may ayında Bakı şəhərində keçirilən İncəsənət olimpiadasında skripkaçalanlar ansamblı birinci yerə layiq görülüblər.Ötən il oktyabrın 22-də Rəşid Behbudob adına mahnı teatrında keçirilən “Payız əfsanələri” adlı incəsənət müsabiqəsində məktəbin skripkaçalanlar ansamblı,müşaiyət və ansambl şöbəsinin şagirdləri çıxış edərək birinci yerə layıq görülüb və kubokla mükafatlandırılıb.

Məktəbdə 208 müəllim musiqi təhsili verir.Əvvəl məktəbin binası yarasız idi.Lakin 2016-cı ildə yeni inzibati binaya köçən kollektiv daha saəylə,ürəklə çalışaraq uğurlarına uğur qatırlar.

Məktəbdə  718 şagird   musiqinin müxtəlif növləri üzrə təhsil alır.

2018-ci ildə Bakı  şəhərində keçirilən Qara Qarayevin 100 illik müsabiqəsində klarnet ixtisası üzrə Əsgər İsayev ikinci yerə layiq görülüb.

Məktəbin şagirdləri istər şəhər,istər respublika,istərsə də beynəlxalq tədbir və müsabiqələrdə daim iştirak edir.Tarzan Nihat Məmişov  deyir ki,gələcəkdə məşhur musiqiçi olub,milli alətimizi dünyada tanıtmaq istəyir.

Təbii ki,uğurların arxasında müəllim əməyi durur. Məktəbdə 40 ildən artıq bir müddətdə çalışan fortepiano müəlliməsi Xuraman Babayeva deyir ki,məktəbin uğurlarıı həmişə çox olub,son illər isə bunların sayı daha da artıb.Bunun ən başlıca səbəbi də müasir,geniş və rahat binada fəaliyyət göstərmələdir. Yeni məktəbdə  50 sinif otağı var.

Məktəbin şagirdləri Nuray Məmmədova və Məryəm Cəfərova Türkiyədə keçirilən “Kaspi Artt Uluslararası Sanat Yarışması” nda birinci yerə layiq görülüblər. 8 yaşından fortepiano ilə məşğul olan Nuray və Məryəm məktəbi uğurla təmsil edərək,bir çox yerli və beynəlxalq festivallarda layiqli yerlər tutublar.

 Məktəbdə yeni yeni kollektivlər fəaliyyət göstərir və yaranmaqdadır.Uşaq xalq çalğı aləti ansamblı,fortepiano,simli və nəfəs alətləri,qarmon,rəsm,xoreqrafiya şöbələri,müəllimlərdən ibarət xalq çalğı aləti ansamblı,qarmon ansamblı,nağara çalanlar ansamblı fəaliyyət göstərir.Məktəb tədrisdə göstərdiyi fəaliyyətini daha da artırır,şəhər tədbirlərinin hər birində yaxından iştirak edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər