Sumqayıtda “Məişət zorakılıgına qarşı təşəbbüslər” layihəsinin icrasına başlanıldı

523
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardlm” İctimai Birliyi “Məişət zorakılıgına qarşı təşəbbüslər” layihəsinin icraslna başlayıb.
Sumqayıt şəhəri və yaxın bolgələrdən olan məişət zorakılıgı, insan alveri və potensial qurbanlara təşkilatın ofisində, onların məruz qaldıqları pozuntuların aradan qaldırılmasına yönəlmiş hüquqi, sosial və psixoloji  xidmətlər təşkil olunacaqdır. Həmin xidmətlər şəxsi  qəbul, rabitə əlaqələri vasitəsi ilə göstəriləcəkdir. Hədəf qrupuna daxil olan şəxslər və onların ailə üzvlərinin ehtiyacları oldugu halda ilkin psixoloji konsultasiya ala biləcəklər. Layihə cərcivəsində hədəf qrupları ücün nəzərdə tutulan xidmətlər barədə yerli telekanalda, sosial şəbəkələrdə  elanlar veriləcək və onlar bu xidmətlərdən yararlanmağa dəvət ediləcəkdir.
Layihənin icrasına  cəlb olunmuş könüllülər tərəfindən əhalinin müxtəlif qurumlarını təmsil edən şəxslər aradlnda sorgu keciriləcəkdir. İki televiziya verilişi hazırlanıb telekanakda nümayiş olunacaqdır. Təlim və ictimai müzakirələr təşkil olunacaq. Bu layihənin icrasında əsas məqsədimiz risk qrupuna daxil olan, zorakılığa məruz qalmış şəxslərin hüquqlarının müdafiəsıdir.
Vəkil:Ruslan Mustafazadə tel.0503008788
Vəkil köməkçisi, hüquqşünas Ərturqut Şərəfxanlı tel. 0555708645
Psixoloq Samirə İsmayılova tel.0558286067.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər