Sumqayıt şəhərində məktəbə gedən 13 yaşlı qızı maşın vurub.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2005-ci il təvəllüdlü Məlahət Ceyhun qızı İbrahimova yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. O, ağır kəllə-beyin travması ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Məktəbin 7-ci sinif şagirdi olan M.İbrahimovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.