Sumqayıtda məktəbli qız intihar edib

1794

Sumqayıt şəhərində məktəbli qız intihar edib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Fatimə Yusif qızı İsmayılzadə özünü yaşadığı evdə kəndirlə asıb.

Ailəsinin verdiyi məlumata görə, 16 yaşlı Fatimə 1 il bundan əvvəl dünyasını dəyişən atasının ölümündən sonra sarsıntı keçirib. İl mərasimində atasının qəbrini ziyarət etdikdən sonra evə qayıdan F.İsmayılzadə intihar edib.

Yaxınları bildirib ki, məktəbli bir müddət öncə də intihara cəhd etmişdi. Lakin ailəsinin köməkliyi ilə ölümdən xilas edilib.

Faktla bağlı araşdırma aparılır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər