Sumqayıtda “Mən kökümlə bu torpağa bağlıyam” adlı rəsm sərgi-müsabiqəsi keçirilib – FOTO

836
Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhər Gənclər və İdman Baş İdarəsi və Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Mən kökümlə bu torpağa bağlıyam” adlı gənclərin əl işlərindən ibarət rəsm sərgi-müsabiqəsi keçirilmişdir.
Məqsəd yeniyetmə və gənclər arasında Ümummilli Lider Heydər Əliyev irsinin təbliği, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissini gücləndirmək, istedadlı və yaradıcı gənclərin bacarıqlarını üzə çıxartmaq və dəstəkləməkdir.
Sərgidə gənc rəssamlar Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın qədim tarixi memarlıq abidələrini, milli-mənəvi dəyərlərini və dilbər guşələrini öz əsərlərində nümayiş etdirmişlər.
Sonda qalib və fərqlənmiş gənclərə fəxri fərman, sertifikat və hədiyyələr təqdim edilmişdir.

Sumqayıtda “Mən kökümlə bu torpağa bağlıyam” adlı rəsm sərgi-müsabiqəsi keçirilib - FOTO

Sumqayıtda “Mən kökümlə bu torpağa bağlıyam” adlı rəsm sərgi-müsabiqəsi keçirilib - FOTO

Sumqayıtda “Mən kökümlə bu torpağa bağlıyam” adlı rəsm sərgi-müsabiqəsi keçirilib - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər