Sumqayıt şəhərində yerləşən mənzillərdən birində 88 yaşlı qadının meyiti tapılıb.
“Report” xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıtda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü İbrahimova Şamama Mehdi qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.