Sumqayıtda mənzildə meyit tapılıb

4599

Sumqayıtda mənzildə meyit tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Səfiyev Qadir Cəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər