Sumqayıtda mənzildən qadın meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.
Hüquq-mühafizə orqanları mənzillərdən birinə keçirdiyi baxış zamanı qadın meyiti aşkarlayıblar. Meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızı olduğu məlum olub.
23 yaşlı gəncin ölüm səbəbi aparılan ekspertizadan sonra daha dəqiq məlum olacaq.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.