Sumqayıt şəhərində mənzildən qadın meyiti tapılıb.
“Report”un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 41a məhəlləsində, ev 1, mənzil 37-də qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.
Mənzilə baxış zamanı oradan şəhər sakini, 1941-ci il təvəllüdlü Qalina Vasilevna Culayevanın meyiti aşkar olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.