Sumqayıtda “Mərhəmətli olmağa tələsin!” – FOTO

652

Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi  “Azərikimya” İstehsalat Birliyi  ilə birgə “Mərhəmətli olmağa tələsin!” devizi altında növbəti xeyriyyə aksiyasına start verib. Tədbirdə ilk çıxış edən QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova “Azərikimya” İB ilə 4 ildən bəri davam edən əməkdaşlığı saysız- hesabsız tədbir və aksiyaları barədə məlumat verərək bu günkü artıq ənənə halını almış “Mərhəmətli olmağa tələsin!”  aksiyasının məramı barədə danışıb.

Aksiyanın keçirilməsində məqsəd hər iki valideynini itirmiş və sağlamlıq imkanları məhdud olan ehtiyaclı  uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaq, belə uşaqların tək olmadıqlarını, onların gələcəyə inamının artırılması və uşaq dünyalarına yeni rəng, yeni çalar qatmaq olduğunu iştirakçıların nəzər-diqqətinə çatdırmaqdır.Vurğulanıb ki, bir həftə davam edəcək aksiyada əldə olunan isti geyimlər  Qızıl Aypara  Cəmiyyətinin Sumqayıt şəhər bölməsində toplanacaq və məqsədyönlü şəkildə ehtiyacı olan uşaqlara paylanacaq.

Tədbirdə qonaq qismində iştirak edən Respublika Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Bayram Vəliyev çıxış edərək iştirakçıları salamlayıb daima birgə əməkdaşlığa görə “Azərikimya” İB-nin rəhbərliyinə öz minnətdarlığını bildirib, bu xeyriyyə aksiyasının önəmliliyi barədə danışıb və təşkilatçılara  uğurlar arzulayıb.

Daha sonra söz alan “Azərikimya” İB-nin Həmkarlar İttifaqının sədri Vaqif Ömərov, “Qartal” Tikinti firmasının prezidenti Şahin Məmmədov birgə əməkdaşlıqdan qürur duyduqlarını bildiriblər. “Əlil uşaqların sosial inteqrasiyası” layihəsində qeydiyyatda olan Ayşənin valideyni Həqiqət  Mirzəliyeva çıxış edərək övladına göstərilən qayğıya görə təşkilatçılara öz minnətdarlığını bildirib.

Xeyriyyə aksiyasında şəhərimizdə fəaliyyət göstərən bir sıra idarə və müəssisələrin rəhbərləri,  qeyri-hökumət təşkilatlarının, özəl firma və şirkətlərin nümayəndələri, həmçinin fərdi sahibkarlar və xeyriyyəçi insanlar da iştirak edirdilər. Tədbir boyu QAC Sumqayıt şəhər bölməsin 4 il ərzində “Mərhəmətli olmağa tələsin!” devizi altında həyata keçirdikləri aksiyalardan yığılmış fotoşəkillərdən ibarət slaydlar ekranda bir- birini əvəz etmişdislaydlar ekranda bir- birini əvəz etmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər