Sumqayıtda mərkəzi küçələrdən birinə Polad Həşimovun adı verildi – FOTO

2484

Sumqayıt şəhərində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müvafiq sərəncam imzalayıb.

Belə ki, Sumqayıtda yaşayan şəhid generalın adı şəhərin mərkəzi küçələrindən birinə verilib.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

P.Həşimov iyulun 15-də II Fəxri xiyabanda torpağa tapşırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər