Sumqayıtda Metaləritmə zavodu işçi axtarır - VAKANSİYA

8729

Vəzifənin adı: Metaləritmə zavodu, Çalov təmirçisi

Vəzifə öhdəlikləri:

• Sexdə yerləşən induksion poladəritmə sobalarının, oladtökmə çalovlarının və aralıq çalovların iş səthinin odadavamlı kərpic və beton məhlul ilə hörülüb müəyyən edilmiş rejim üzrə qurudulmasını və ərintiyə hazır olmasını təmin edir.
• Təmir olunmuş poladtökmə çalovlarında şiber avadanlığının quraşdırılmasını, şiber plitələrin və stəkanların hazırlanaraq yerinə yığılmasını təmin edir.
• Hər ərintidən əvvəl sobaların, çalovların  və aralıq çalovların hörgüsünün vəziyyətini yoxlayır, çalovun içində donub qalmış metal qırıntısının  və ya qopmaların olmamasını yoxlayır.
• Aşkar olunmuş nöqsanlar aradan qaldırıldqdan sonra istifadəyə icazə verir.
• Təmirdən sonra sobanın və çalovların qrafik üzrə qurudulmasını və qurudulma vaxtının qeydiyyatını aparır.
• Təmir sahəsini metal qırıntılarından və tullantılarından təmizləyir.
• Nəzarət-ölçü, qəza xəbərverici və qoruyucu mexanizmlərin siqnallarına diqqət yetirir.
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir.
• Hər müxtəlif markalı və temperaturlu ərintilərin tökülmə xüsusiyyətlərini öyrənir və əməl edir.
• Sıxılmış qaz, oksigen və havadan istifadə qaydalarını öyrənir və əməl edir.
• Sobanı və çalovu təmir edərkən əl elektrik alətlərindən və kərpic kəsən dəzgahdan düzgün istifadə olunmasına nəzarət edir.
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir.
• Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir.
• Təmir  zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir.
• Növbəni qəbul edən heyət növbənin başlanmasına 15 dəqiqə qalmış iş yerində olmalıdır.
• İşi qəbul edən növbənin çalov və soba təmirçisi və ya köməkçisi işə çıxmadıqda növbəni təhvil verən çalov və soba təmirçisi və ya köməkçisi ən azı 2 saat işdə qalmalı və bu barədə növbərəisinə və ya sex rəisinə məlumat verməlidir.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli.
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət etməli.

Təhsil/Təcrübə:

• Orta-texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər