Sumqayıtda Metaləritmə zavodunda 8 YENİ VAKANSİYA

2779

Vəzifənin adı: Metaləritmə zavodu, Trio operatoru

Vəzifə öhdəlikləri:

• Profilaktiki işlər başa çatdıqdan sonra TRİO operatoru təmir personalından İP-nun açarını alır və nöqsanların aradan qaldırılmasını yoxlayır.
• TRİO operatoru iş zamanı hərəkətlərinin ardıcıllığına, düzgünlüyünə və qəzalara görə məsuliyyət
• daşıyır.
• TRİO operatoru xətti ustanın göstərişi əsasında işə salmalı.
• Xətt işə düşməzsə növbətçi elektrikə xəbər verməli və onun icazəcindən sonra təkrar xətti işə salmalı.
• Xətt işləyərkən TRİO operatoru hərəkətsiz və yellənən stolların işinə nəzarət etməli. Qəza və ya ştatdankənar hallarda qəza siqnalı verir və xətti saxlamalı.
• Pəstah qəfəsdən keçərkən operator valın sürətinə və pəstahın qəfəsə düzgün keçməsinə nəzarət edir.
• Xətt nizamlanarkən İP operatoru yayıcı ilə birlikdə ötürücülərə düşən yükü nizamlayır.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

 

***

 

Vəzifənin adı: Metaləritmə zavodu, Soyuducu operator

Vəzifə öhdəlikləri:

• Profilaktiki işlər başa çatdıqdan sonra soyuq kəsmə qayçısı operatoru təmir personalından İP-nun açarını alır və nöqsanların aradan qaldırılmasını yoxlayır.
• Soyuq kəsmə qayçısı  operatoru qayçını işə salmazdan əvvəl səs siqnalı verməli.
• Qaymı işə düşməzsə növbətçi elektrikə xəbər verməli və onun icazəcindən sonra təkrar xətti işə salmalı.
• Xətt işə düşərkən soyuq kəsmə qayçısı armaturun verilən ölçülərdə kəsilməsinə və ciblərdə nizamla toplanmasına nəzarət edir.
• Qəza və ya ştatdankənar hallarda qəza siqnalı verir və xətti saxlayır.
• İlk pəstahı xəttə verməzdən əvvəl soyuq kəsmə qayçısı  operatoru yoxlamalıdır: qayçıların işini,-qayçıların ötürücülərinin vəziyyətini, işçi qəfəslərin vallarının fırlanma sürətini.
• Xəttin üzərində kəsilmiş hissələr qalarsa növbəti pəstahı qayçıya verməməli.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

 

***

 

Vəzifənin adı: Metaləritmə zavodu, Finiş operatoru

Vəzifə öhdəlikləri:

• Profilaktiki işlər başa çatdıqdan sonra finiş qrup operatoru təmir personalından İP-nun açarını alır və nöqsanların aradan qaldırılmasını yoxlayır.
• Təmir zamanı iş icraçısının və ustanın iştirakı ilə təhlükəsizlik qaydalarına əməl etməklə mexanizmləri yoxlamaq məqsədi ilə xətti müvəqqəti işə salır.
• Təmir zamanı finiş qrup operatoru təmirçi personala kömək etməli.
• Finiş qrup operatoru idarə etdiyi xəttin texniki xarakteristikasını tam bilməlidir.
• Finiş qrup operatoru “Dayan” komandasını verənin kimliyindən asılı olmayaraq dərhal yerinə yetirməli və xətti söndürməli.
• Xətt işə düşərkən finiş qrup operatoru qəfəslərin sürətinə nəzarət etməli.
• Qəza və ya ştatdankənar hallarda qəza siqnalı verməli və xətti saxlamalı.
• Xətt nizamlanarkən İP operatoru yayıcı ilə birlikdə ötürücülərə düşən yükü nizamlamalıdır.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

 

***

 

Vəzifənin adı: Metaləritmə zavodu, Termist

Vəzifə öhdəlikləri:

• Öz iş sahəsinin vəziyyətini yoxlayır və nasazlıqlar barədə ustaya məlumat verir.
• Öz iş sahəsində qoruyucu mexanizmlərin, hasarlamaların, sipərlərin vəziyyətini yoxlayır.
• Yayma xətti profilaktika üçün dayandırıldıqda termokor sahəsində olan nasazlıqların aradan qaldırılmasını həyata keçirir.
• Su xətlərinin, şlanqların vəziyyətini yoxlayır.
• Metal keçən boru xətlərinin içinin təmizliyini yoxlayır.
• Metal keçən yollarda dəmir parçalarının olmamasını yoxlayır.
• Nəzarət-ölçü cihazlarının işini yoxlayır.
• Metal tullantılar kranla yüklənərkən və daşınarkən təhlükəsiz yerə çəkilməli və kran maşinistinə düzgün və aydın komandalar verməlidir.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini, eləcə də mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

 

***

 

Vəzifənin adı: Metaləritmə zavodu, İnjektor operator

Vəzifə öhdəlikləri:

• Profilaktiki işlər başa çatdıqdan sonra soyuq kəsmə qayçısı operatoru təmir personalından İP-nun açarını alır və nöqsanların aradan qaldırılmasını yoxlayır.
• Soyuq kəsmə qayçısı  operatoru qayçını işə salmazdan əvvəl səs siqnalı verməli.
• Qaymı işə düşməzsə növbətçi elektrikə xəbər verməli və onun icazəcindən sonra təkrar xətti işə salmalı.
• Xətt işə düşərkən soyuq kəsmə qayçısı armaturun verilən ölçülərdə kəsilməsinə və ciblərdə nizamla toplanmasına nəzarət edir.
• Qəza və ya ştatdankənar hallarda qəza siqnalı verir və xətti saxlayır.
• İlk pəstahı xəttə verməzdən əvvəl soyuq kəsmə qayçısı  operatoru yoxlamalıdır: qayçıların işini, qayçıların ötürücülərinin vəziyyətini, işçi qəfəslərin vallarının fırlanma sürətini.
• Xəttin üzərində kəsilmiş hissələr qalarsa növbəti pəstahı qayçıya verməməli.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

 

***

Vəzifənin adı: Metaləritmə zavodu, İtələyici operator

Vəzifə öhdəlikləri:

• Yayma xətti profilaktika üçün dayandırıldıqda sobanın yüklənmə meydançalarını, konveyer xəttinin altını təmizləyir.
• Sobanın içinin təmizlənməsi, hörgü və tavan təmiri işləri qızdırıcının göstərişi əsasında yerinə yetirilməlidir.
• İtələyici operatoru idarə etdiyi xəttin texniki xarakteristikasını tam bilməli.
• İtələyici operatoru sobanı yalnız ustanın göstərişi əsasında doldurmalı.
• Sobaya pəstah yüklənərkən konveyer xəttinin üstündə adamların və alətlərin olmasına yol verməməli.
• Konveyer xətti  işə düşməzsə növbətçi elektrikə xəbər verməli və onun icazəcindən sonra təkrar xətti işə salmalı.
• İşəsalma mərhələlər üzrə texnoloji ardıcıllıqla həyata keçirilir.
• Təkrar işəsalma ancaq dayanmanın səbəbləri tam aradan qaldırıldıqdan sonra xətti saxlayanın və ya təmir personalının razılığı ilə həyata keçirilməlidir.
• Oksigendən istifadə edərkən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilməli.
• Metal pəstahlar maqnit şaybalı kranla konveyerin üstünə yüklənərkən təhlükəsiz yerə çəkilməli və kran maşinistinə düzgün və aydın komandalar verməlidir.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: cv@stp.az

 

***

Vəzifə Qrafik dizayner

Vəzifə öhdəlikləri:

• Reklam kampaniyaları üçün kreativ ideyaların təklifi, breynstorminqlərdə iştirak;
• Promo-aksiyalar üçün təkliflərin hazırlanması və vizualizasiyası;
• Müxtəlif kreativ materialların dizaynı və tərtibatı;
• Maketin hazırlanmasından hazır məhsulun təhvil verilməsinədək  tam iş dövrü;
• Bannerlərin, bilbordların, vərəqələrin, broşüraların, təqvimlərin dizayn hazırlanması;
• Statik qrafik bannerlərin və dinamik flash-bannerlərin yaradılması;
• Materialların çapa hazırlığı (prepress) Çap üsullarının xüsusiyyətlərinin biliyi, mətbəələrlə iş;
• Fotosessiya və şəkillər üzərində iş.

Təhsil/Təcrübə:

• Ali təhsil (texniki və ya incəsənət)
• Reklam/marketinq şirkətlərində 1 ildən başlayan dizayner sahəsi üzrə iş təcrübəsi
• Kreativ düşüncə və yaradıcı yanaşma
• Mütləq Adobe Photoshop, Adobe Illustrator/CorelDRAW, Adobe InDesign proqramlarının biliyi (Autodesk 3D max biliyi arzu olunur)
• Şəkil çəkmək bacarığı (arzu olunur)
• Maketləşdirmə və kollaj yaratma bacarığı. Prepress biliyi
• Şəxsi keyfiyyətlər: Məsuliyyətlik, operativlik, diqqətlilik
• Portfolio ilə tanış olmaq imkanı mütləq yaradılmalıdır!

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: cv@stp.az

 

***

Vəzifənin adı Baş mühasibin müavini

Vəzifə öhdəlikləri:

• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edir;
• Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil edir;
• Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
• Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
• Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir.

Təhsil/Təcrübə:

• Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;
• Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
• Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Beynəlxalq sertifikasiya arzuolunandır;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• E-mail: cv@stp.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər