Sumqayıtda minik avtomobili avtobusa çırpıldı: xəsarət alan var – FOTO

428
Sumqayıtda piyadaya yol verən avtomobil qəza törədib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda dayanan 12 saylı marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü xəsarət alıb.
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov APA -ya bildirib ki, qəza nəticəsində marşrut avtobusunun sərnişinlərindən xəsarət alan olmayıb: “Taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü piyada keçidindən keçən piyadaya yol vermək istəyərkən idarəetməni itirərək nəqliyyat vasitəsini sərnişin avtobusuna vurub. Sərnişinlərdən xəsarət alan yoxdur”.
Faktla bağlı araşdırma aparılır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər