Sumqayıtda minik avtomobilləri toqquşub, iki nəfər xəsarət alıb

1014

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Bakı küçəsində, Sumqayıt Dövlət Universitetinin yaxınlığında qeydə alınıb.

Belə ki, iki minik avtomobili toqquşub və nəticədə 1948-ci il təvəllüdlü Gülzar Cavadova və 1976-cı il təvəllüdlü Nizami Əliyev müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar dərhal xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər