Sumqayıtda minik maşınının aptekə çırpılma anı

1068

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.  Hadisə Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində baş verib.

Belə ki, 26 yaşlı gəncin idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxaraq sözügedən ərazidə yerləşən aptekə çırpılıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Hadisənin görüntüləri aptekdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırma aparılır. (APA TV)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər