Sumqayıtda Mirzəcan Xəlilov vəkillərlə əməkdaşlığa başladı – FOTO

1225

Vəkillər Kollegiyasının Sumqayıt Regional Vəkil Bürosu deputatla əməkdaşlıq edəcək.
Bu gün Sumqayıt şəhərində vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım alması üçün Milli Məclisin deputatı Mirzəcan Xəlilovla Sumqayıt Regional Vəkil Bürosu arasında əhalinin aztəminatlı təbəqələrinə ödənişsiz hüquqi yardımın göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən, 41 saylı Sumqayıt birinci seçki dairəsinin ərazisində yaşayan aztəminatlı vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulur.
Vətəndaşların deputat tərəfindən qəbulu zamanı büroda fəaliyyət göstərən bir nəfər vəkil qəbulda iştirak edir və hüquqi məsələlər barədə rəy verir. Deputatın yazılı müraciəti əsasında büroda aztəminatlı şəxslərə ödənişsiz zəruri hüquqi yardım (məsləhət, ərizə və şikayətlərin yazılması) göstərilir. Deputat öz səlahiyyətləri daxilində vəkillik institutunun inkişafına köməklik göstərir, qanunvericilik təşəbbüsləri sahəsində vəkillik təsisatları ilə əməkdaşlıq edir, qanunvericiliyin təkmilləşməsi ilə bağlı vəkillik qurumlarından daxil olan təklifləri Milli Məclisin iclaslarında səsləndirir.
Tərəflər Sumqayıt şəhərində hüquqi maarifləndirmə işinin təşkili üçün birgə fəaliyyət göstərirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər