Sumqayıtda möhtəşəm bayraq bayramı – FOTOLAR

5946

Sumqayıt şəhərində Azərbaycanın dövlət bayrağının qəbul edilməsinin 100 illiyinə və 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş ümumşəhər bayramı keirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Şəhər icmiaiyyətinin nümayəndələri, o cümlədən gənclər və  ümumtəhsil məktəblilərinin şagirdləri Heydər Əliyev Mərkəzinin önündən Dənizkənarı Bulvarda yerləşən Dövlət Bayrağı Muzeyinə doğru yürüş ediblər.

Tədbir “Kimyaçı” Mədəniyyət Sarayında davam edib. Əvvəlcə meydanda musiqi məktəblərinin uşaq xor kollektivlərinin ifasında bayrağı, vətəni, qəhrəmanlığı tərənnüm edən mahnılar səslənib, milli rəqslər nümayiş olunub.

Tədbir iştirakçıları Mədəniyyət Evinin foyesində təşkil edilən sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.

Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib. ­­­­­­

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər