Sumqayıtda möhtəşəm Zəfər konserti- FOTOLAR

13101

Sumqayıt şəhərində Zəfər Günü münasibəti ilə möhtəşəm konsert keçirilib.

Açıq havada təşkil olunan konsertdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə şəhər sakini iştirak edib.

Azərbaycanın tarixi zəfərinin ikinci ildönümü münasibəti ilə keçirilən konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Faiq Ağayev, Mir Yusif, Aygün Kazımova, Mübariz Tağıyev, İlhamə Qasımova, Məleykə Əsədova, Təyyar Bayramov, Aytən Məhərrəmova, Amil Həsənoğlu, Sədəf Budaqova, İlkin Əhmədov və “Natiq” Ritm Qrupu iştirak edib.

Tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaşın aparıcısı olduğu konsert proqramı İctimai Televiziya tərəfindən canlı yayımlanıb.

Konsertin sonunda bayram atəşfəşanlığı təşkil olunub.

628

   

     

v

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər