Sumqayıtda moped dirəyə çırpılıb, sürücüsü ölüb

240

Sumqayıtda yol-nəqliyyat hadisəsi moped sürücüsünün ölməsi ilə nəticələnib.

“Report”un Sumqayıt bürosu xəbər verir ki, 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb.

Sürücü aldığı yaralardan hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər