Sumqayıtda müasir xəstəxana tikilir

3031

Sumqayıt şəhərində müasir xəstəxana tikilir. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi facebook səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, ötən illər ərzində Sumqayıt şəhərində digər sahələrdə olduğu kimi səhiyyə sektorunda da genişmiqyaslı işlər həyata keçirilib. Səhiyyənin inkişafı ilə bağlı Sumqayıt şəhərində həyata keçirilən məqsədyönlü işlər əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində irəliləyişlər əldə etməyə imkan verib.

2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı. Artıq tikinti işləri yekunlaşmaq üzrədir. Qısa müddət ərzində xəstəxana tikilərək şəhər sakinlərinin istifadəsinə veriləcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər