Mediasiya Şurası Sumqayıt 1 saylı Mediasiya Təşkilatı və “Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “Mübahisələrin həllində mediasiya xidmətinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Kollecin “Pedaqogika” fənn birləşmə komissiyasının müəllimi və istehsalat təcrübə rəhbəri Günay Mustafayeva və Karyera Mərkəsinin rəhbəri Zəhra Osmanova çıxış edərək hər iki təşkilat arasındaki əməkdaşlığın səmərəsindən və cəmiyyətimiz üçün faydalı olacağından danışmış, bundan sonra da qarşılıqlı əməkdaşlıq çərçivəsində bu tip maarifləndirici görüşlərin(seminarların) keçirilməsinin vacibliyini vurğulamışlar.
Tədbirdə həmçinin vəkil-mediator, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının direktoru Etibar Hasanov, hüquqşünas-mediator Feyruz Şivəxanov və mediator Humay Əlibəyli çıxış edərək mediasiya xidmətinin mahiyyəti, tətbiq sahələri, məhkəmədənkənar barışıq mexanizmləri və tərəflər arasında qarşılıqlı anlaşmanın təmin olunması barədə ətraflı məlumat vermişlər.
Mediasiya təşkilatının rəhbəri Etibar Həsənov ötən üç il dörd ay ərzində göstərilmiş mediasiya xidmətinin səmərəli nəticələrini statistik rəqəmlərlə tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələrin mediasiya xidməti, mübahisələrin alternativ həll yolları və hüquqi maarifləndirmə sahəsində biliklərinin artırılması olmuşdur. Görüş zamanı mediasiyanın cəmiyyətdə yaranan mübahisələrin məhkəməyə müraciət etmədən, qarşılıqlı razılıq və dialoq əsasında həll edilməsində mühüm rol oynadığı vurğulanmışdır.
Tədbirdə mediasiya xidmətinin ailə, əmək, kommersiya və mülki münasibətlərindən irəli gələn mübahisələrin həllində əhəmiyyəti, tərəflərə təqdim etdiyi üstünlüklər, vaxt və resurs baxımından səmərəliliyi haqqında fikirlər səsləndirilmişdir.
Maarifləndirici görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzu ilə bağlı faydalı tövsiyələr verilmişdir.





Müzakirə qapadılmışdır.