Sumqayıtda müəmmalı intihar: “Dedi ki, tualetə gedirəm…”

1766
Xəbər verdiyimiz kimi, Sumqayıt 2 saylı Şəhər Xəstəxanasında intihar hadisəsi baş verib. Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova özünü xəstəxananın 5-ci mərtəbəsidən atıb. Xəstənin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov azvision.az-a açıqlamasında bildirib ki, M. Əsgərova şəkər xəstəliyindən əziyyət çəkirmiş.
“Bir dəfə ürəyindən əməliyyat olunub. Şəkər onun ayağında qanqrena yaradıb. Ailə üzvüləri ayağından əməliyyat olunması üçün həmin şəxsi xəstəxanaya aparıblar. Həkimlər qadını əməlliyata hazırlayıblar, ancaq əmliyyatdan bir gün əvvəl görüblər ki, qadının bədəninə həddindən artıq insulin vurulub. Ona görə də əməliyyatı təxirə salıb, bir gün sonraya keçiriblər”, – P.Abubəkirov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, həkimlər xəstəyə səhəri gün əməliyyat olunacağını biliriblər. Qadın isə gecə saatlarında tualetə getmək bəhanəsilə oyanıb və pəncərədən özünü aşağı atıb.
“Həkimlər onun hansı səbəbdən intihar etdiyini bilmirər. Araşdırma ilə prokurorluq orqanları məşğul olur. Bilinmir ki, ailəsində problem olub, yoxsa xəstəlikdən bezib?! Səbəb tibb işçilərinə bəlli deyil”.
Qeyd edək ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər