Sumqayıtda müəmmalı ölüm: blokda 38 yaşlı kişinin meyiti tapıldı

1750

Sumqayıtda bina girişində kişi meyiti tapılıb.

Şəhərin 3-cü mikrorayonunda yerləşən binanın girişində bir nəfərin ölməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olub.

Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Mirzəyev Səməd Rafael oğlu olduğu müəyyənləşib. Şəxsin qəbul etdiyi narkotik maddənin təsirindən dünyasını dəyişdiyi bildirilir.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər