10 dekabr səhər saat 06.29-da Müsavat Partiyasının Sumqayit şəhər təşkilatının sədri Fəxrəddin Abbas evindən çıxarkən Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 2-ci polis bölməsinə aparılıb.
Təşkilatın üzvü Xanım Mirzəni isə Rahib adlı sahə müvəkkili saat 8.50-də 4-cü polis bölməsinə aparıb.
Bu barədə Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü, həbs edilən Fəxrəddin Abbasın xanımı Vəfa Cümşüdlü sosial media vasitəsilə xəbər yayıb.
Vəfa Cümşüdlünün verdiyi daha bir xəbərə görə, partiyanın Sumqayıt şəhər təşkiatının sədr müavini Vidadi Feyzinin evinin qarşısını kəsən Natiq adllı əməliyyatçı müsavatçının ailəsinə Vidadini polis bölməsi rəsininin yanına aparmalı olduğunu deyib. Bundan başqa, təşkilatındaha bir üzvü Balabəy Əliyev 4-cü polis bölməsinə aparılıb, şura üzvü Rövşən Muradı həbs etmək üçün isə polis əməkdaşları onun yaşadığı binanın qarşısında gözləmə mövqeyi tutublar.
“Yeni Müsavat”