Sumqayıt şəhərində nənə və 5 yaşlı nəvəsini avtomobil vurub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 26-cı məhəllə ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Gilə Əhəd qızı Hüseynova nəvəsi, 2014-cü il təvəllüdlü Məryəm Cavid qızı Muradovanı hazırlıqdan gətirən zaman hər iki şəxsi avtomobil vurub.
Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.