Qəhrəman Hacıyevin qanunsuzluqları nazirlik səviyyəsinə çatdı
Nəqliyyat Nazirliyinin Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəhbər işçiləri vəzifədən azad olunub. Bu barədə “OLAYLAR”a Sumqayıtdakı mənbələrdən məlumat veriblər. Məlumata görə, Nəqliyyat Nazirliyi sözügedən departamentdə yoxlamalara başladıqdan sonra belə bir qərar verilib. Yoxlama zamanı departamentdə ciddi yeyinti faktları aşkarlanıb. Yoxlamalar isə son vaxtlarda adıçəkildən departamentlə bağlı şikayətlərin çoxalması ilə bağlı olub. Şikayətlər əsasında nazirlik Sumqayıt şəhər Nəqliyyat Departamentində araşdırmalar aparıb və faktlar təsdiqini tapıb. Nəticədə departament rəhbəri Qəhrəman Hacıyev, müavini Samir Əliyev və digər bir neçə vəzifəli şəxs vəzifəsindən azad edilib. Mənbə deyir ki, araşdırmalar zamanı Qəhrəman Hacıyevin bir çox qanunsuz hərəkətləri ortaya çıxıb. Artıq nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə departamentə yeni rəis və müavinlər də təyin edilib. OLAYLAR.AZ