Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində “Nəqliyyat Könüllüləri” devizi altında maarifləndirici aksiya iştirakçılarıilə növbəti görüş keçirildi.
Görüşdəçıxış edən şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov bildirib ki, Respublikada ilk dəfə olaraq Sumqayıtda ictimai nəqliyyat vasitələrində sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği məqsədilə”Nəqliyyat Könüllüləri” qrupu yaradılıb.Qeyd olunub ki, məqsəd ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qaydalara riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaqla digər problemləri aradan qaldırmaqdır. Diqqətə çatdırılıb ki, şəhər ərazisində görülən abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyat sistemi daha da təkmilləşdirilib. Beləki Sumqayıtda sakinlərin gediş-gəlişini təmin etmək üçün müasir tipli 206 ədəd nəqliyyat vasitələri gətirilib və marşrut xəttlərində istifadəyə verilib.
Daha sonra çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov bu kimi aksiyaların əhəmiyyətindən, gənclərin bu işlərdə fəallıqlarından danışmış, onlara fəaliyyətlərində uğurlararzulamışdır.
Görüşdə həmçinin könüllülərə fəaliyyət istiqamətləri üzrə müəyyən tapşırıq və tövsiyələr verilib, sualları cavablandırılmışdır.
Sonra könüllülər Baş İdarə və Nəqliyyat Departamentiəməkdaşlarının müşayəti ilə müxtəlif marşrutlar üzrə avtobuslarda maarifləndirmə işini davam etdirmiş, bukletlər paylamışlar.