Sumqayıtda Nərçə Ağayevin xatirəsi əbədiləşdirilib -VİDEO

1990

Sumqayıt şəhərində “Əməkdar mühəndis” Nərçə Ağayevin xatirəsi əbədləşdirilib.
N.Ağayevin 2-ci məhəllədə yaşadığı binanın qarşısına barelyefi vurulub.
Qeyd edək ki, Nərçə Ağayev Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. “Sintezkauçuk” zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1974-cü ildən 1990-cı ilədək – 16 il Superfosfat zavodunda direktor işləyib. 1990-cı ildə “Azərkəndkimya” istehsalat birliyinin sədri təyin olunur və altı il bu vəzifədə çalışıb. Sonrakı illərdə “Sintez” İstehsalat Servis və Kommersiya Assosiasiyasının baş direktoru, “Məişət kimyası” zavodunun direktoru, 1998-ci ildən isə “Azərikimya” Dövlət Şirkətində vitse-prezident vəzifəsini icra edib. SSRİ-nin fəxri kimyaçısı, Respublikanın Əməkdar mühəndisi, Azərbaycanın Maarif əlaçısı fəxri adlarına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub. Texnika elmləri namizədi Nərçə Ağayev 20 ixtiranın, 60-dan çox səmərələşdirici təklifin müəllifi olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər