Sumqayıtda “Nəsimi ili” çərçivəsində “İki cahan” adlı plener-müsabiqə keçirib

2882

Sumqayıt şəhər Nəsimi adına mədəniyyət və istirahət parkında “Nəsimi ili” çərçivəsində klassik Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İki cahan” adlı açıq səma altında etüd – müsabiqə keçirilib. Tədbiri Sumqayıt Dövlət Rəsm Qalereyası Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edib.

Qalereyanın direktoru Ellada Rəşidova AZƏRTAC–a bildirib ki, müsabiqə keçirməkdə məqsəd gənc nəslin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, yaradıcı ictimaiyyətin diqqətini incəsənətin etüd sahəsinə cəlb etmək və böyük mütəfəkkirin irsini uşaq və yeniyetmələr arasında təbliğ etməkdir.

Müsabiqədə 4 saylı Diyarşünaslıq klubu, Bülbül, S.Rüstəmov və Ə.Bakıxanov adına uşaq incəsənət məktəblərinin, ümumilikdə, 25 şagirdi iştirak edib. Müsabiqədə seçim turundan keçən rəsm müəllifləri Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən mükafatlandırılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər