Sumqayıtda “Nizami Gəncəvi ili”nə həsr edilmiş müsabiqə keçirildi

1271

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Sumqayıt şəhərGənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Nizami İrsindəİncəSənət” adlı rəsm-sərgimüsabiqəsi keçirilmişdir.Tədbirinkeçirilməsində məqsəd dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığının, mədəni irsinin gənclər arasında təbliği, gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsidir.
Qeyd edək ki, cari ilin 01 aprel tarixində elan olunan müsabiqəyə 30-a yaxın əlişi təqdim edilmiş, münsiflər heyətinin qərarı ilə onlardan 15-i müsabiqə çərçivəsində təşkil olunacaq sərgidə nümayişə uyğun bilinmişdir.
15 aprel 2021-ci il tarixində “Nizami” Kinoteatrının qarşısında açıq səma altında, gənc skirpka ifaçıları və qirətçilərin müşayiəti ilə keçirilən sərgidə yeniyetmə və gənclər Nizami Gəncəvi yaradıcılığına aid rəsm əsərlərini nümayiş etdirmiş,Baş İdarənin əməkdaşları və qonaqlarsərgiyə baxış keçirərək müəlliflərin fikirlərilə tanış olmuşlar.
Sonda sərgi-müsabiqədə qalib olan iştirakçılaraBaş İdarənin fəxri fərman və hədiyyələritəqdim edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər