Sumqayıtda son zamanlar yolların abadlaşdırılması, yenidənqurma işləri geniş vüsət alıb.
sumqayitxeber.com “Dünya” TV-yə istinadən məlumat verir ki, hazırda şəhərin Nizami küçəsində yenidənqurma işləri aparılır. Yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı preslənərək kənara daşınıb.
Yola ikiqat olmaqla 10 sm qalınlığında asfalt örtüyü döşənib.